“Dövlət büdcəsinin kəsiri 551,8 milyon manat təşkil edib”  

11:28 03.06.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 37161,8 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 2,1 faiz çox, dövlət büdcəsinin xərcləri 37713,6 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 5,1 faiz az və müvafiq olaraq dövlət büdcəsinin kəsiri 551,8 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 6,1 dəfə az olub”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Azər Əmiraslanov “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanununun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı bildirib.

“Büdcə məsələlərinə dar çərçivəli baxılmamalıdır. Dövlət büdcəsi ümummilli məqsədlərimizə xidmət edir”-deyə deputat qeyd edib.